Digər xəbərlər


Əhaliyə xidmət üzrə fəaliyyətin təkmilləşdirilməsi barədə məlumat
16.02.2026

 Hazırda Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi Mərkəzi Bankın ərazi idarələrində (Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsi), eləcə də Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”ndə həyata keçirilir.

Əhalinin bu xidmətə əlçatanlığının artırılması, həmçinin vətəndaşlara daha operativ xidmət göstərilməsinin təmin edilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət  02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir. Həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaqdır.

Yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi isə qeyd olunan tarixdən etibarən Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək həyata keçiriləcəkdir.

Bununla yanaşı, investisiya pul nişanlarının satışı və geri alışının hazırda olduğu kimi satış agentləri – “Bank of Baku” ASC və “TuranBank” ASC tərəfindən həyata keçirilməsi davam edəcəkdir.

Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na (https://e-qanun.az/framework/45796) uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna da müraciət oluna bilər.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment