“Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
13.02.2026
9 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 18.02.2026-cı il tarixində başlayaraq, 10 iş günü davam edəcək və martın 3-ü yekunlaşacaq.
Qiymətli kağızların yerləşdirilməsi 10.03.2026-cı il tarixində keçiriləcəkdir.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.