Digər xəbərlər


Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər
13.02.2026

Yaz fəsli mühit dəyişmək və yeni təəssüratlar qazanmaq üçün gözəl fürsətdir. Mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günləri isə səyahət planlarını gerçəkləşdirməyə əlverişli şərait yaradır.

Azərbaycan Hava Yolları (AZAL) sərnişinlərə geniş istiqamət seçimi və çevik uçuş cədvəli təklif edir. Bu, həm qısa həftəsonu səfərləri, həm də uzunmüddətli tətil üçün uyğun variant seçimini asanlaşdırır. Aviaşirkətin marşrut şəbəkəsi Asiya, Yaxın Şərq və Avropa şəhərlərini əhatə edir və bayram günləri ərəfəsində, eləcə də tətil günlərində AZAL minlərlə beynəlxalq reys yerinə yetirəcək.

Yazda ən çox haraya səyahət edilir?

Bayram günlərində xüsusilə Yaxın Şərq istiqamətləri və kurort marşrutlarına maraq artır. Dubay ən çox üstünlük verilən şəhərlərdən biridir. Artan tələbatı nəzərə alan AZAL bu marşrut üzrə uçuş proqramını genişləndirib və əlavə reyslər təyin edib.

Yumşaq iqlimdə dincəlmək istəyənlər üçün AZAL regionun ən məşhur kurortlarından biri olan Şarm-əl-Şeyxə reyslər həyata keçirir. Bayram günlərini dəniz sahilində keçirməyi üstün tutan sərnişinlər üçün isə Maleyə uçuşlar mövcuddur. Bu istiqamət xüsusilə səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlər arasında populyarlığını qoruyur. Yaz tətili dövründə mülayim havası və zəngin turistik imkanları ilə seçilən Tel-Əviv də ən çox üstünlük verilən şəhərlər sırasındadır.

Türkiyə: istənilən səyahət planına uyğun istiqamətlər

Mart tətili dövründə Türkiyə AZAL-ın marşrut şəbəkəsində mühüm yer tutur. İstanbul yüksək uçuş tezliyi ilə ən çox seçilən istiqamətlərdən biridir. Bununla yanaşı, sərnişinlər Ankara, İzmir, Antalya və Trabzona da səfər edə bilərlər. Bu şəhərlər həm işgüzar səfərlər, həm də mədəni və istirahət məqsədli səyahətlər üçün əlverişlidir.

Avropa: yaz şəhərlərini sevənlər üçün

AZAL-ın yaz uçuş cədvəlində Praqa, Vyana, Milan, Barselona, Berlin, Paris və London istiqamətləri də yer alır. Bu şəhərlər daha çox tarixi-mədəni səfərlərə üstünlük verən və səyahətlərini əvvəlcədən planlaşdıran sərnişinlərin seçimidir. Praqa və Vyanaya əlavə reyslərin təyin olunması isə bayram dövründə uçuş proqramını daha da genişləndirir.

Mərkəzi Asiya: bayram ab-havasında səyahət

Yaz bayramları Mərkəzi Asiyaya səfərlər üçün xüsusilə münasib vaxt sayılır. Bu regionda Novruz və Ramazan dərin mədəni ənənələrlə bağlıdır. AZAL-ın Daşkənd, Səmərqənd, Ürgənc, Düşənbə və Bişkek istiqamətləri sərnişinlərə tarixi şəhərlər və zəngin mədəni irslə yaxından tanış olmağa şərait yaradır.

Şərqi Asiyaya səyahət

Bayram dövründə səyahət planlayan sərnişinlər üçün AZAL-ın Pekin şəhərinə reysləri mövcuddur. Bu istiqamət Çinin zəngin tarixi və Şərqi Asiyanın müasir ab-havası ilə tanışlıq üçün cəlbedici seçimdir.

Əlavə uçuşlar və ən çox tələbat olan istiqamətlər

Bayram mövsümündə artan tələbat fonunda AZAL 20–30 mart tarixlərində 14 əlavə reys həyata keçirəcək:

• Dubaya 6 əlavə reys

• Tbilisiyə 6 əlavə reys

• Praqaya 1 əlavə reys

• Vyanaya 1 əlavə reys


18–30 mart tarixlərində AZAL-ın ən çox uçuş yerinə yetirdiyi istiqamətlər:

• Tbilisi

• Moskva

• İstanbul

• Dubay

• Tel-Əviv

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün AZAL-ın rəsmi veb-saytına və mobil tətbiqinə daxil ola, həmçinin aviaşirkətin kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət edə bilərsiniz.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment