Digər xəbərlər


Şəhidlərimizin övladları üçün “Gənclik düşərgəsi” reallaşdırılıb
13.02.2026

9–13 fevral 2026-cı il tarixində Goranboy Olimpiya Kompleksində 17–23 yaş aralığında olan şəhid övladları üçün “Gənclik düşərgəsi” təşkil olunub.

Layihə “YAŞAT” Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin, “ASAN Könüllüləri” Təşkilatının, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Bakı Psixologiya Mərkəzinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının dəstəyi ilə baş tutub.

Əsas məqsəd gənclərin intellektual, sosial və şəxsi inkişafına dəstək olmaq, onların yaradıcılıq və komanda ilə işləmə bacarıqlarını gücləndirmək olub.

Düşərgənin ilk günü iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Ardınca açılış mərasimi keçirilib və onlar düşərgə qaydaları barədə məlumatlandırılıblar. Gün ərzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı sənədli film nümayiş olunub, həmçinin komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib.

Növbəti günlərdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə innovasiya və ideya generasiyası mövzusunda təlimlər, startap anlayışı və təqdimat bacarıqları üzrə sessiyalar keçirilib. İştirakçılar yaradıcı düşünmə, problem həlli və ideyaların təqdimatı istiqamətində bilik və bacarıqlar əldə ediblər.

Düşərgənin üçüncü günü idman yarışları, “Şəhərəsalma və Memarlıq İli”nə həsr olunmuş praktiki tapşırıqlar və yarışlar, eləcə də müsabiqə ilə yadda qalıb. Komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıblar. Bu mərhələ gənclərin həm analitik düşünmə, həm də komanda ruhunu nümayiş etdirməsinə imkan yaradıb.

Dördüncü gün Bakı Psixologiya Mərkəzinin, Azərbaycan İnsan Resursları Assosiasiyasının və Gənclər və İdman Nazirliyinin nümayəndələrinin iştirakı ilə psixoloji, şəxsi inkişaf və karyera planlaması mövzularında təlimlər keçirilib.

Düşərgənin bağlanış mərasiminin ardından iştirakçılar üçün istirahət və əyləncə proqramı təşkil olunub.

“Gənclik düşərgəsi” gənclərin potensialının üzə çıxarılması, onların gələcək həyat və karyera seçimlərinə müsbət təsir göstərilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment