Digər xəbərlər


“Malların Buraxılış Vaxtının Ölçülməsi (TRS) Proqramı”nın ikinci sessiyası keçirilib
13.02.2026

10-12 fevral tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) birgə layihəsi çərçivəsində “Malların Buraxılış Vaxtının Ölçülməsi (Time Release Study - TRS) Proqramı”nın ikinci sessiyası keçirilib.

Sessiyada Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın gömrük orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi iştirakçı ölkələrin TRS metodologiyasının tətbiqi sahəsində bilik və bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə milli təcrübələrin paylaşılması və regional əməkdaşlığın inkişaf etdirilməsi olub. Sessiya çərçivəsində hər bir ölkənin nümayəndəsi təqdimatla çıxış edərək TRS-in tətbiqi üzrə mövcud təcrübəni, əldə olunan nəticələri və qarşıda duran hədəfləri iştirakçılarla bölüşüb.

Təlim sessiyaları zamanı TRS-in müstəqil və davamlı şəkildə həyata keçirilməsi üçün tələb olunan metodoloji yanaşmalar, məlumatların toplanması və təhlili mexanizmləri, eləcə də nəticələrin qərar qəbuletmə prosesində istifadəsi məsələləri barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikasının gömrük xidməti tərəfindən sessiya iştirakçılarına TRS-in tətbiqi ilə əlaqədar həyata keçirilən rəqəmsal həllər və avtomatlaşdırılmış yanaşmalar barədə məlumat verilib.  Qeyd olunub ki, rəqəmsal alətlərin tətbiqi malların buraxılış müddətlərinin daha dəqiq ölçülməsinə, proseslərin optimallaşdırılmasına və şəffaflığın artırılmasına mühüm töhfə verir.

Sessiya regional səviyyədə TRS-in tətbiqinin gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və gömrük prosedurlarının daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment