11 fevral 2026-cı il tarixində Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun və Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv banklarının rəhbərlərinin iştirakı ilə 2026-cı ilin ilk görüşü keçirilib.
Görüşdə bank sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, inkişaf perspektivləri və maliyyə sabitliyinə təsir göstərə biləcək əsas amillər müzakirə olunub.
Tədbir çərçivəsində sektorun dayanıqlılığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin dərinləşdirilməsi, prudensial tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən və nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.