Banklar


Mərkəzi Bank tərəfindən bank sektorunda dayanıqlılıq və ESİ yanaşması üzrə normativ baza gücləndirilib
12.02.2026

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bank sektorunu əhatə edən bir sıra normativ xarakterli aktlara edilən dəyişikliklər 9 fevral 2026-cı il tarixindən qüvvəyə minib.

Dayanıqlılıq və yaşıl maliyyə sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi məqsədilə edilən dəyişikliklər banklarda ekoloji, sosial və idarəetmə (ESİ) yanaşmasının tətbiqinin genişləndirilməsini, iqlim və digər ESİ amillərinin bankın idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasını, habelə maliyyə bazarlarında şəffaflığın və bazar intizamının gücləndirilməsini hədəfləyir.

“Banklarda korporativ idarəetmə Standartları”na edilən dəyişikliklər banklarda səlahiyyət və məsuliyyət bölgüsünün aydın şəkildə müəyyən edilməsini, iqlim və digər ESİ riskləri və fürsətlərinin idarə olunmasına dair funksional bölgünün formalaşdırılmasını, daxili idarəetmə mexanizmlərində və bankın siyasət sənədlərində ESİ meyarlarının nəzərə alınmasını təmin edir. Bununla yanaşı, daxili audit və mükafatlandırma siyasətlərində ESİ amillərinin inteqrasiyası, həmçinin dayanıqlılıq göstəriciləri üzrə keyfiyyət və kəmiyyət məlumatlarının açıqlanması ilə bağlı tələblər əlavə edilib. Dayanıqlılıq məlumatları üzrə ilk hesabatlılıq 2026-cı il üzrə həyata keçiriləcək və müvafiq məlumatlar 2027-ci ilin birinci rübündə açıqlanmalıdır.

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklər kredit risklərinin idarə edilməsi üzrə mövcud çərçivəni genişləndirərək bankların dayanıqlı kredit portfelinin idarə edilməsi üzrə daxili siyasət və qaydalarının müəyyən edilməsini nəzərdə tutur. Dəyişikliklər dayanıqlı kreditlərin qiymətləndirilməsi və monitorinqi, şəffaflığın və hesabatlılığın artırılması məqsədilə müvafiq təsdiqləyici və qiymətləndirmə sənədlərinin tətbiqi, dayanıqlılıqla əlaqəli kreditlər üzrə əsas fəaliyyət göstəricilərinin və əsas dayanıqlılıq hədəflərinin müəyyən edilməsi prosesinin formalaşdırılması, habelə yaşıl fəaliyyətlər üzrə meyarların təsbit edilməsini əhatə edir.

Qeyd olunan dəyişikliklər bank sektorunda ESİ yanaşmasının institusionallaşdırılması, risklərin idarə edilməsi sistemlərinə ESİ risklərinin inteqrasiyası, habelə şəffaf və məsuliyyətli maliyyə ekosisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Normativ xarakterli aktlara edilən dəyişikliklərlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://e-qanun.az/framework/61171

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment