"FERRUM Kapital" QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
11.02.2026
11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.02.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FERRUM Kapital” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2022022282
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı
40,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
4,000,000 manat
İllik gəlirlilik faizi
14%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir