Digər xəbərlər


Ölkəmizdə “İnteryer İnşaat Memarlıq Mebel Forumu” keçiriləcək!
11.02.2026

“Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək. Forum “Həyat Keyfiyyəti” konsepti ilə şəhərsalma, inşaatın bünövrəsindən başlayaraq memarlığın forması, interyerin funksionallığı və mebelin yaratdığı komforta qədər bütün dəyər zəncirinə holistik yanaşma təqdim edir. “Betonun soyuqluğu ilə dərinin istiliyini” birləşdirərək insanın yaşadığı mühiti həm texniki, həm də emosional tərəfdən yenidən düşünməyə çağırır.

Tədbir 2 gün davam edərək 6 panel sessiyası və 20-dən çox spiker ilə sahənin ən aktual trendlərini, praktik həllərini və biznes imkanlarını müzakirə etməyi hədəfləyir. 

Tədbir Azərbaycanın interyer dizaynı, memarlıq, inşaat və peşəkar mebel istehsalı ekosisteminin inkişafı üçün strategiya, innovasiya və əməkdaşlıq platforması rolunu oynayacaq. Peşəkar seminarlar, panel müzakirələri və şəbəkələşmə imkanları vasitəsilə iştirakçılar yerli və beynəlxalq təcrübə mübadiləsi həyata keçirəcək, yeni biznes əlaqələri quracaq və sənayedə qabaqcıl trendlərlə tanış olacaq. 

Forumun birinci gün panelləri:

I Panel: Şəhər və Memarlıq

Müasir şəhərsalma prinsipləri, urban transformasiya, memarlıq vizyonu və estetik yanaşmalar müzakirə olunacaq. Şəhərlərin gələcəyi, funksional və dayanıqlı memarlıq həlləri əsas diqqət mərkəzində olacaq.

II Panel: Developer və İnşaat

Tikinti sektorunun inkişaf istiqamətləri, bazar dinamikası, investisiya perspektivləri və keyfiyyət standartları müzakirə ediləcək. Developer yanaşmaları və layihələrin idarəetmə modelləri ön plana çıxarılacaq.

III Panel: Texnologiya və Materiallar

İnşaat və interyer sahəsində innovativ texnologiyalar, yeni nəsil materiallar, davamlılıq və enerji effektivliyi mövzuları təqdim olunacaq. Sənayedə texnoloji transformasiyanın rolu ətraflı şəkildə dəyərləndiriləcək. Tədbir həm təcrübəli mütəxəssislər, həm də sahəyə yeni baş vuran gənc peşəkarlar üçün fəal iştirak, ilhamverici müzakirə və praktiki bilik artırma imkanları ilə zəngin olacaq.


Forumun ikinci gün panelləri:

I Panel: İnteryer və Planlama

Məkanın funksional təşkili, planlama prinsipləri, dizayn həlləri və istifadəçi təcrübəsi müzakirə ediləcək. Estetika ilə funksionallığın balansı əsas mövzulardan olacaq.

II Panel: Mebel və Həyat Tərzi

Mebel sənayesində trendlər, istehsal yanaşmaları, brend strategiyası və həyat tərzinə uyğun dizayn anlayışı təqdim olunacaq. Məkanın xarakterini formalaşdıran elementlərə fokus ediləcək.

III Panel: Açar Təslim (Əsas Panel)

Layihələrin ideyadan icraya qədər bütün mərhələləri, koordinasiya prosesi, inteqrasiya olunmuş həllər və müştəri gözləntilərinin idarə edilməsi müzakirə ediləcək. Bu panel forumun kulminasiya nöqtəsi olaraq sektorun bütöv ekosistemini əhatə edəcək.

Qeyd edək ki, forum yalnız müzakirə platforması deyil, həm də eyni sahədə düşünən, yaradan və quruculuq edən insanların bir araya gəldiyi xüsusi bir görüş nöqtəsidir. Sizi də bu iki gün ərzində yeni ideyalarla tanış olmağa, sektorumuzun gələcəyini birlikdə müzakirə etməyə dəvət edirik. 


Ətraflı məlumat və qeydiyyat üçün forumun rəsmi saytına və ya sosial hesablarına daxil ola bilərsiniz: www.imforumbaku.az


Instagram: @imforumbaku

Facebook: IM Forum Baku

LinkedIn: IM Forum Baku


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment