Banklar


Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb
11.02.2026

 Azərbaycan Respublikası Mərkəzi Bankının və Dövlət Neft Fondunun rəhbər heyəti ABŞ Ticarət Palatasının Azərbaycana təşkil etdiyi biznes missiyası çərçivəsində keçirilən dəyirmi masa görüşündə iştirak edib.

“Maliyyə və investisiya” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan ilə ABŞ arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini və strateji mərhələyə yüksəldiyini vurğulayıb. O, mövcud tərəfdaşlığın qarşılıqlı etimada əsaslanaraq davamlı inkişaf perspektivləri yaratdığını bildirib.

Taleh Kazımov çıxışı zamanı ölkədə makroiqtisadi sabitlik, maliyyə-bank sektorunun dayanıqlılığı, maliyyə texnologiyalarının inkişafı, rəqəmsallaşma təşəbbüsləri, dayanıqlı maliyyə alətləri və sərhədlərarası ödəniş infrastrukturu sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl texnologiya və təcrübə mübadiləsinin əhəmiyyətini, eləcə də ötən illərdə təşkil olunan bankçılıq missiyalarının ABŞ bankları ilə əlaqələrin möhkəmləndirilməsində rolunu xüsusi qeyd edib.

Mərkəzi Bankın sədri ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksiyə təşəkkür edərək rəhbərlik etdiyi biznes missiyasının iki ölkə arasında biznes və investisiya əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, ABŞ Ticarət Palatasının ticarət, innovasiya və qarşılıqlı rifahı təşviq edən körpü rolunu oynayaraq ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm platforma olduğunu vurğulayıb.

Tədbirin yekununda ABŞ-nin aparıcı transmilli şirkətlərinin təmsil olunduğu nümayəndə heyətinin sualları cavablandırılıb, maliyyə və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində ölkəmizdə bir sıra dövlət qurumları, yüksək səviyyəli rəsmilər və özəl sektor nümayəndələri ilə silsilə görüşlər təşkil olunub. Bu görüşlər iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment