Digər xəbərlər


“Nəqliyyatla bağlı gömrük məsələləri üzrə Qlobal Forum”un sessiyası və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin
11.02.2026

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Nəqliyyatla bağlı gömrük məsələləri üzrə Qlobal Forum”unun 171-ci sessiyası öz işinə başlayıb.  

Sessiya çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin növbədənkənar iclası keçirilib.

Tədbirlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

UNECE-nin “Nəqliyyatla bağlı gömrük məsələləri üzrə Qlobal Forum”unun 171-ci sessiyasında “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasına yenidən baxılması, "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi məsələləri, qlobal forum tərəfindən idarə olunan digər konvensiyalar və hüquqi alətlər, o cümlədən BYD üzrə Beynəlxalq Məlumat Bankı və informasiya texnologiyaları sahəsində digər layihələr müzakirə edilir.

UNECE və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) nümayəndələrinin iştirakı ilə keçirilən TDT üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin iclasında isə Bakıda imzalanmış TDT regionunda BYD Konvensiyasına uyğun olaraq eTIR prosedurunun tətbiqi üçün Fəaliyyət Planının ("Yol Xəritəsi") və Səmərqənddə imzalanmış “Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması haqqında Saziş”in həyata keçirilməsinə dair, həmçinin TDT regionunda eCMR-in (Beynəlxalq Yol ilə Mal Daşınması Müqaviləsi haqqında Konvensiya) tətbiqi ilə bağlı müzakirələr aparılıb.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tədbirin türk dövlətləri arasında regional inteqrasiyanın, gömrük işi sahəsində qarşılıqlı əməkdaşlığın inkişafında yeni imkanlar yaradacağını diqqətə çatdırıb, eyni zamanda üzv dövlətlər arasında gömrük və logistika istiqamətlərində də qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanan çoxşaxəli əməkdaşlıqdan məmnunluqla bəhs edib.

Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Nəqliyyatla bağlı gömrük məsələləri üzrə Qlobal Forum”unun 171-ci və sabah öz işinə başlayacaq BYD Konvensiyasının İnzibati Şurasının 87-ci sessiyaları fevralın 13-dək davam edəcək.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment