Kiçik və Orta Biznesin İnkişafı Agentliyi biznesə birbaşa maliyyə və kredit dəstəyi göstərməsə də, maliyyəyə çıxış üçün sahibkarlara bir sıra dəstəklər təqdim edir. Agentlik dövlətin güzəştli kreditləri və alternativ maliyyə alətləri barədə sahibkarları məlumatlandırır. Bu istiqamətdə müraciət qaydaları və lazım olan sənədlər haqqında məsləhət xidməti göstərir, sahibkarları banklar və digər maliyyə qurumları ilə əlaqələndirir. Bank krediti üçün zəruri olan biznes planın hazırlanmasında da KOBİA sahibkarlara kömək edir. Eyni zamanda KOBİA qrant müsabiqələri çərçivəsində sahibkarların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinə 20 min manata qədər qrant dəstəyi göstərir.
https://smb.gov.az/az/all-news/kobia-sahibkarlarin-maliyyeye-cixisina-nece-destek-gosterir