“Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
“Azərpoçt” MMC-nin əməkdaşlarının da iştirakı ilə reallaşan görüşdə biznes nümayəndələri gömrük xidməti tərəfindən həyata keçirilən layihələr, eyni zamanda “Gömrük bəyannamələrinin doldurulması qaydaları”na dair məlumatlandırılıb.
Daha sonra sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.