Banklar


TuranBank ASC “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
10.02.2026

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, "Üçüncü Bahar" İctimai Birliyinin əsas məqsədi yaşlı insanları bir araya toplayaraq onların asudə vaxtını səmərəli keçirməsini təmin etmək, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aktiv iştirakını təşviq etməkdir. Bu məqsədlə “YAŞA” Mərkəzlərində yaşlıların təhsil və məşğulluq imkanlarını genişləndirən müvafiq silsilə təlim-tədris proqramları həyata keçirilir. Mərkəzlərdə iştirakçılara maliyyə savadlığı, xarici dil, kompüter, qurama, rəsm və vitraj üzrə təlimlər, həmçinin idman, rəqs, yaradıcılıq dərnəkləri və fərdi kitabxana daxil olmaqla geniş spektrli fəaliyyətlər təqdim edilir.

Məlumat üçün bildirək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır,  şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində aktiv layihələr həyata keçirir. Bu əməkdaşlıq Bankın cəmiyyətin bütün təbəqələrinə qayğı göstərmək missiyasının davamıdır.

2017-ci ildə təsis edilmiş "Üçüncü Bahar" İctimai Birliyi ölkədə yaşlı nəslin nümayəndələrinin sosial rifahının yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasını təmin etməklə fəal yaşlanma mühitinin yaradılması istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas strateji prioritetləri maarifləndirmə, yaradıcılıq, sağlamlıq, o cümlədən sosial sahibkarlıq istiqamətlərini əhatə edir.

Fəaliyyət göstərdiyi 9 il ərzində birliyin fərqli regionlarda yerləşən 4 mərkəzi vasitəsilə 45 000-dən çox benefisiar xidmətlərə cəlb edilib. Hazırda Bakıda fəaliyyət göstərən "YAŞA" Mərkəzləri həftəlik orta hesabla 350-400 nəfərə, regional mərkəzlər isə 70-80 nəfərə xidmət göstərməkdədir. Qeyd edək ki, "YAŞA" Mərkəzlərində təqdim olunan bütün xidmətlər yaşlılar üçün təmənnasız əsaslarla həyata keçirilir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment