Digər xəbərlər


Facemark şirkəti 15 illik fəaliyyətini xüsusi yubiley gecəsi ilə qeyd edib!
09.02.2026

Ölkəmizdə tədbirlərin təşkili sahəsində fəaliyyət göstərən “Facemark” şirkəti 6 fevral tarixində “SS Hall”da 15 illik yubileyini geniş proqramlı, rəsmi çərçivələrdən kənar təşkil olunmuş xüsusi gecə ilə qeyd edib. Yubiley tədbiri şirkətin bu illər ərzində keçdiyi inkişaf yoluna nəzər salmaq, əldə olunan uğurları bölüşmək və komanda ruhunu ön plana çıxarmaq məqsədi daşıyıb.

Şirkət 15 illik fəaliyyəti ərzində yüzlərlə tədbir və layihəyə imza ataraq ölkəmizdə peşəkar tədbir təşkili sahəsinin inkişafına əhəmiyyətli töhfə verib. Bu illər ərzində şirkət müxtəlif sektorlardan olan partnyorlarla uğurlu layihələr həyata keçirərək, hər bir tədbirin yüksək keyfiyyət və unikal təcrübə ilə yadda qalmasını təmin edib.

Tədbirin açılışında “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay qonaqları salamlayaraq, 15 ilin təkcə iş və layihələrdən ibarət olmadığını, bu yolun eyni zamanda etibar, zəhmət və dostluq üzərində qurulduğunu vurğulayıb. O, şirkətin ideyadan brendə, komandadan isə böyük bir ailəyə çevrilən yolunu xatırladaraq, bu uğurda payı olan hər kəsə təşəkkürünü bildirib. 







Yubiley gecəsi çərçivəsində komanda üzvlərinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Bununla yanaşı, tədbir boyunca maraqlı müsabiqələr, səhnə ifaları və interaktiv proqramlar təşkil edilərək qonaqlara həm əyləncəli, həm də yaddaqalan anlar yaşadılıb. 

“Facemark”ın 15 illik yubiley gecəsi şirkətin bu gün əldə etdiyi mövqenin arxasında duran əsas dəyərləri – güclü komandanı, yaradıcı yanaşmanı və tədbirlərin təşkili sahəsində toplanmış zəngin təcrübəni bir daha nümayiş etdirib. Şirkət qarşıdakı illərdə də yerli və beynəlxalq miqyasda daha böyük layihələrə imza atmağı, peşəkar komandası ilə yadda qalan tədbirlər həyata keçirməyi hədəfləyir.

Şirkətin gələcək fəaliyyətində uğurlar diləyirik!

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment