Digər xəbərlər


Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib
06.02.2026

Fevralın 6-da Bakı şəhərində “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri barədə sahibkarların ətraflı məlumatlandırılması, regionun investisiya imkanlarının tanıdılması və işgüzar fəallığın təşviqidir.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov ölkədə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib. Qeyd edib ki, 2022-2025-ci illər üzrə orta illik artım tempi sosial-iqtisadi inkişaf Strategiyasında müəyyən olunmuş 5%-lik hədəfi üstələyərək 5,6% təşkil edib. Son illərdə qeyri-neft sektorunun inkişafı və vergi islahatları nəticəsində ölkənin fiskal dayanıqlığı güclənib, strateji valyuta ehtiyatları 85 milyard ABŞ dollarını ötüb. Nazir müavini diqqətə çatdırıb ki, dövlət başçısının beynəlxalq arenada əldə etdiyi mühüm uğurlar və suverenliyimizin tam bərpası ölkənin iqtisadi inkişafı üçün yeni imkan və çağırışlar müəyyən edir. Bu fonda Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvan Muxtar Respublikası üçün xüsusi imkanlar açacaq. Son illərin sosial-iqtisadi göstəriciləri muxtar respublikasının iqtisadi aktivliyinin artdığını nümayiş etdirir. Dövlətin sahibkarlara göstərdiyi dəstəyin daha da gücləndirilməsi məqsədilə Naxçıvanda da vergi güzəştlərinin 10 il müddətinə tətbiqinə başlanılıb. Yaradılmış şərait Naxçıvanın iqtisadi potensialının reallaşdırılmasına və sosial rifahın yaxşılaşmasına gətirib çıxaracaq.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvanın son illərdə əldə etdiyi sosial-iqtisadi nəticələrə və regionun strateji üstünlüklərinə diqqət çəkib. Qeyd edib ki, açılması nəzərdə tutulan sənaye parkı və mövcud sənaye məhəlləsinin fəaliyyəti, istehsal və logistika imkanlarının genişlənməsi, eləcə də Türkiyə ilə quru sərhədinin mövcudluğu Naxçıvanı regional və beynəlxalq bazarlara çıxış baxımından mühüm iqtisadi mərkəzə çevirir. Nazir həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiyaların təşviqi və dövlət – özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının artdığını, son illərdə regionda sahibkarlıq mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Qeyd edib ki, 2025-ci ildə muxtar respublikada büdcəyə vergi daxilolmaları 260 milyon manatdan çox olub, daxilolmaların 70 faizdən artıq hissəsi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmət rəisinin müavini 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə tətbiq edilən vergi güzəştlərinin mənfəət və gəlir vergisini, əmlak və torpaq vergisini, sadələşdirilmiş vergini, dividend gəlirlərini, eləcə də idxalda əlavə dəyər vergisini əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, güzəştlər regionda investisiya qoyuluşunun stimullaşdırılmasına xidmət edir.

Tədbirdə sahibkarların ictimai birliklərinin rəhbərləri də çıxış ediblər. Daha sonra Naxçıvan Muxtar Respublikasında 2026-cı ildən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri, eləcə də muxtar respublikanın iqtisadi potensialı və sahibkarlar üçün dəstək mexanizmlərinə dair təqdimatlar keçirilib.

Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment