Digər xəbərlər


“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur
06.02.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dünya Hökumətləri Sammiti çərçivəsində “Bürokratik maneələrin aradan qaldırılması, real nəticələrin əldə edilməsi – sıfır bürokratiyaya aparan yol” adlı panel sessiyada çıxış edib. O, qeyd edib ki, ölkəmizdə dövlət xidmətləri islahatları Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış “ASAN xidmət” üzərində qurulub və bu model bürokratiyanın azaldılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət edir. Həmçinin, “ASAN xidmət”in həm yerli, həm də beynəlxalq müstəvidə etibarlı və tətbiq oluna bilən model kimi tanındığı və bu gün yüksək vətəndaş məmnunluğu ilə effektiv nəticələr təqdim etdiyi auditoriyanın diqqətinə çatdırılıb.

Sammitin növbəti günündə Dövlət Agentliyinin sədri “Süni intellekt dövründə insan resurslarının gələcəyinin formalaşdırılması” adlı dəyirmi masa müzakirəsində də çıxış edib. Vurğulanıb ki, süni intellektdən dövlət qulluqçularının səmərəliliyini artırmaq, qərarvermə proseslərini gücləndirmək və xidmət keyfiyyətini yüksəltmək üçün strateji alət kimi istifadə edilməlidir. Dəyirmi masada 15-dən çox ölkənin yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

Dünya Hökumətləri Sammiti zamanı BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüş keçirilib. Görüş 2024-cü ildə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrasının müzakirəsi və bu çərçivədə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər məqsədilə gerçəkləşib. Bu çərçivədə BMT rəsmisi Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində nümunəvi fəaliyyətini xüsusi vurğulayıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Sammit çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun çıxış etdiyi “Yeni İpək Yolu” Forumunda da iştirak edib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment