Fevralın 5-də Dövlət Gömrük Komitəsində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi ilə BP şirkəti arasında formalaşmış işgüzar əlaqələrdən məmnunluqla bəhs olunub, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.
Eyni zamanda, gömrük-biznes əməkdaşlığı müstəvisində gələcəkdə birgə həyata keçiriləcək layihələr və tədbirlər barədə fikir mübadiləsi aparılıb.