Digər xəbərlər


Dövlət Gömrük Komitəsində elmi simpozium keçirilib
06.02.2026

Dövlət Gömrük Komitəsində “Qaraciyər transplantasiyasından sonra pasiyentlərin stasionarda təqibi” mövzusunda elmi simpozium və metodik vəsaitin təqdimatı keçirilib.

Tədbiri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalı birgə təşkil ediblər.

Simpoziumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının təməlində duran əsas prinsiplərdən biri də əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətləri ilə tam təmin olunmasıdır. Komitə sədri son illər ölkəmizdə orqan transplantasiyası sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib, eləcə də Mərkəzi Gömrük Hospitalında bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov məlumat verib ki, simpoziumun keçirilməsində əsas məqsəd qaraciyər transplantasiyasından sonra xəstələrin stasionar mərhələdə effektiv menecmenti və postoperativ dövrdə ağırlaşmaların qarşısının alınması sahəsində tibbi heyətin bilik və bacarıqlarını artırmaq, transplantasiya sahəsində ən son elmi və praktik təcrübələri müzakirə etməkdir.

Daha sonra Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxış ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevin moderatorluğu ilə keçirilən simpoziumda Mərkəzi Gömrük Hospitalının həkim-transplantoloqu Mircəlal Kazıminin “Qaraciyər transplantasiyasından sonra pasiyentlərin erkən menecmenti”, Səhiyyə Nazirliyinin şöbə müdiri Hüseyn Camalovun “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirlinin “Əməliyyat otağından reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmə” və Hospitalın həkim-infeksionisti Mədinə Abdullayevanın “Solid orqan transplantasiyası olan xəstələrdə səhiyyə xidməti ilə əlaqəli infeksiyalar və qarşısının alınması” mövzularında məruzələri dinlənilib.

Tədbir panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə keçirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment