Digər xəbərlər


Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
05.02.2026

Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

DTA sədrinin müavini Azadə Hüseynova tədbirdə çıxış edərək diplomatik korpusla keçirilən bu ənənəvi görüşlərin qarşılıqlı dialoq və əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın turizm sahəsinə dövlət tərəfindən göstərilən dəstək, son illərdə birbaşa uçuşların sayının artması, genişlənən hava əlaqələri və mərhələli şəkildə sadələşdirilən viza rejimi ölkənin Şərqlə Qərbi birləşdirən regional turizm mərkəzi kimi mövqeyini möhkəmləndirib.

Eyni zamanda Azadə Hüseynova beynəlxalq təşkilatlarda Azərbaycanın aktiv təmsilçiliyini, xüsusilə BMT Turizmlə əməkdaşlıq, 2026-cı il üçün Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının "Turizm paytaxtı" seçilməsi, Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Ilə əməkdaşlıq çərçivəsində "Şahdağ" Turizm Mərkəzində keçirilək beynəlxalq yarışlar haqqında danışıb. O, Azərbaycanın indiyədək müxtəlif qlobal tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək may ayında keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) haqqında danışıb və Azərbaycanda işgüzar tədbirlər turizminin inkişaf etməkdə olduğunu bildirib.

Tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə tərəfindən ölkənin turizm sektorunun strateji inkişaf istiqamətləri, prioritet bazarları, turizm məhsulları, 2025-ci ildə həyata keçirmiş marketinq tədbirləri və 2026-cı il üçün planlaşdırılan fəaliyyətlər haqqında təqdimat edilib.

Təqdimatda mədəni irs, qastroturizm, təbiət və ekoturizm, qış turizmi, sağlamlıq turizmi və şəhər təcrübələri Azərbaycanın əsas turizm məhsulları kimi önə çəkilib.

Xüsusilə “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, eləcə də Şəki, Basqal və Qarabağ istiqamətində icma əsaslı turizmin inkişaf etdirilməsi dayanıqlı yanaşmanın nümunəsi kimi qeyd olunub.

Təqdimatda, həmçinin Avropa, Yaxın Şərq və Asiya bazarlarında mövqeyin gücləndirməsinin hədəfləndiyi və Azərbaycanın qlobal turizm xəritəsində rəqabət qabiliyyətini artırmağı məqsəd kimi müəyyən etdiyi vurğulanıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment