Digər xəbərlər


Azərbaycan–BVF əməkdaşlığının cari vəziyyəti və prioritetləri müzakirə olunub
04.02.2026

Azərbaycan–BVF əməkdaşlığının cari vəziyyəti və prioritetləri müzakirə olunub

Fevralın 4-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski və Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BVF arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ölkədə həyata keçirilən institusional və struktur islahatlar nəzərə alınmaqla potensialın artırılması və texniki yardım mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə fiskal və monetar siyasətin əsas istiqamətləri, makroiqtisadi və maliyyə sabitliyinin qorunması, habelə qlobal iqtisadi proseslərin yaratdığı risklərə qarşı dayanıqlığın artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev Azərbaycan ilə BVF arasında uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edərək, IV Maddə üzrə Məsləhətləşmələrin hökumət üçün təkcə müntəzəm dialoq mexanizmi deyil, eyni zamanda makroiqtisadi qiymətləndirmə baxımından mühüm platforma olduğunu bildirib. Nazir vurğulayıb ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması hökumətin əsas prioritetlərindən biri olaraq qalır, fiskal siyasət isə davamlılıq və səmərəlilik prinsipləri əsasında formalaşdırılır. Dövlət resurslarının səmərəli istifadəsi, orta müddətli büdcə planlaşdırılmasının gücləndirilməsi və xarici şoklara qarşı dayanıqlığın artırılması islahat gündəliyinin əsas istiqamətlərini təşkil edir.

BVF-nin Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ölkədə həyata keçirilən fiskal və monetar siyasətin makroiqtisadi dayanıqlığın möhkəmləndirilməsi və uzunmüddətli inkişafın təmin olunmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin BVF-nin texniki yardım və potensialın artırılması mexanizmlərinin institusional islahatların dəstəklənməsi, maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi və iqtisadi siyasətin davamlı icrasının təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Azərbaycanın makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və struktur islahatlarının dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin BVF tərəfindən müsbət qiymətləndirildiyini bildirib.

Görüş zamanı BVF-nin potensialın artırılması və texniki yardım resurslarının Azərbaycan üzrə bölgüsü ilə bağlı mövcud disbalans məsələsinə də toxunulub. S.Babayev aparılan institusional və qabaqcıl islahatların miqyası nəzərə alınaraq, region üzrə resurs bölgüsünün daha balanslı şəkildə nəzərdən keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda, BVF-də azərbaycanlı mütəxəssislərin təmsilçiliyinin məhdudluğu məsələsi qaldırılıb və Azərbaycanın artan iqtisadi potensialı fonunda Fond daxilində kadr təmsilçiliyinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə tərəflər Azərbaycan ilə BVF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, institusional dialoqun davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment