Banklar


RABİTƏBANK AZƏRBAYCANDA İSLAM BANKÇILIĞI ÜZRƏ MUDARABA VƏ MURABAHA MƏHSULLARININ TƏTBİQİNƏ BAŞLADI
04.02.2026

Rabitəbank alternativ maliyyə ehtiyaclarının qarşılanması və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində daha bir mühüm addım atdı. Bank 2 fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba və Murabaha məhsullarını təqdim etməyə başlayıb.

Yeni məhsullar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçirilir və ölkədə alternativ maliyyə alətlərinin inkişafına, bank xidmətlərinin əlçatanlığının artırılmasına, eləcə də maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir.

Mudaraba- İslam prinsiplərinə uyğun sərmayə modeli

Mudaraba məhsulu üzrə cəlb edilən vəsaitlərin minimum məbləği 500 AZN, maksimum məbləği isə 500.000 AZN və ya onun USD/EUR ekvivalenti təşkil edir. Depozitin müddəti 3, 6, 9, 12 ay olaraq müəyyən edilir. Məhsuldan həm fiziki şəxslər, həm də sahibkarlar yararlana bilərlər.

Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunur və əldə edilən xalis gəlirin 80%-i müştərilərə, 20%-i isə bankın marjası kimi bölüşdürülür. Müqavilə üzrə bank öz kapitalı ilə məsuliyyət daşıyır və bu məsuliyyət şərtləri müqavilədə açıq şəkildə qeyd olunur.

Murabaha – Faizsiz və şəffaf maliyyələşdirmə imkanı

Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Bu məhsul üzrə maliyyələşmə məbləği 30.000 AZN-dən 500.000 AZN və ya onun USD/EUR ekvivalentində, müddət isə maksimum 12 ay təşkil edir.

Murabaha çərçivəsində maliyyələşmə malların, iş və xidmətlərin alışı əsasında  faizsiz şəkildə həyata keçirilir. Marja dərəcəsi müştəri maliyyələşdirilən zaman sabit məbləğ kimi hesablanır və komissiyasızdır. İslam bankçılığı prinsipləri ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür. Bu məhsuldan həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar yararlana bilərlər.

Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni və etibarlı imkanlar yaradır.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment