30 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun iclası keçirilmişdir.
İclas çərçivəsində bank sektorunda tətbiq olunan mövcud və yeni regulyativ tələbləri geniş müzakirə edilmiş, xüsusilə korporativ idarəetmə standartlarında baş verən dəyişikliklər və ekoloji, sosial və idarəetmə (ESG) istiqamətində daxili audit funksiyasının rolu ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş zamanı Azərbaycan Banklar Assosiasiyasının 2026–2030-cu illər üzrə strateji plan və hədəfləri nəzərə alınmaqla, bu məqsədlərə çatmaq üçün daxili audit funksiyasının strateji çərçivədə töhfələri və prioritet istiqamətləri müzakirə olunmuşdur. Bununla yanaşı, daxili audit funksiyasının bank sektorunda və ölkə üzrə inkişafı, peşəkar potensialın artırılması və maarifləndirmə istiqamətləri üzrə məsələlər diqqət mərkəzində olmuşdur.
Eyni zamanda, “Daxili audit işi üzrə Ekspert Qrupu”nun 2025-ci il üzrə fəaliyyətinin nəticələri, görülmüş işlər, eləcə də gələcək addımlar və planlaşdırılan tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbir zamanı iştirakçılar müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşmüş və sualları cavablandırmışlar.