27 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayens Ekspert Qrupunun növbəti iclası keçirilib.
İclas zamanı bank sektorunda komplayens tələblərinin tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub. Xüsusilə, ödəmə terminalları vasitəsilə həyata keçirilən əməliyyatlarda məbləğ 500 manatdan yuxarı olduqda müştərinin eyniləşdirilməsi tələbləri ətrafında fikir mübadiləsi aparılıb, mövcud praktiki yanaşmalar və risklər nəzərdən keçirilib.
Bununla yanaşı, elektron hökumət (e-gov) platforması üzərindən məlumat mübadiləsi imkanları və bu mexanizmlərin komplayens proseslərində istifadəsi ilə bağlı məsələlər də müzakirə mövzusu olub.