Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov fevralın 6-da saat 10:00-da Tərtər rayon Heydər Əliyev Mərkəzində (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 29) Tərtər, Bərdə və Naftalan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Tərtər, Bərdə və Naftalan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.