24 fevral 2026-cı il tarixində Türkiyə Respublikası Ticarət Nazirliyinin koordinasiyası, Türkiyə İxracatçılar Assambleyası (TİM) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində “Türkiyə-Azərbaycan ticarətnümayəndə heyəti və "B2B" görüşləri” tədbiri keçiriləcək.
Tədbir Türkiyənin aparıcı ixracatçı şirkətləri ilə görüşmək, yeni biznes tərəfdaşlıqları qurmaq, ən son yenilikləri qiymətləndirmək və iki ölkə arasında ticarət dövriyyəsinin həcminin birlikdə artırılması üçün platforma təqdim edir.
Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.
Əlavə məlumatı linkə keçid edərək əldə etmək mümkündür: https://smbgovazkobia.short.gy/8jD87j
Əlaqə üçün: Nərgiz Muradova (Tel.: +994 55 250 77 96, e-mail: nargiz.muradova@smb.gov.az).