Ortamüddətli Xərclər Çərçivəsi üzrə potensialın artırılması təlimləri yekunlaşıb
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən keçirilən nəticəəsaslı büdcə mexanizminin tətbiqi üzrə təlim proqramının 26-30 yanvar tarixlərini əhatə edən növbəti mərhələsi başa çatıb.
Təlim müddətində sektorlarda fəaliyyəti olan təşkilatlar tərəfindən büdcə planlarının ötən illər üzrə icra məlumatları əsasında hesabatlar hazırlanıb, tədbirlərin icrasından gözlənilən nəticələrdən kənarlaşmanın səbəbləri izah olunub. Təqdimatların sonunda sual-cavab sessiyası təşkil olunub, habelə monitorinq prosesinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və ekspertlər tərəfindən tövsiyələr verilib.
Bununla da, Dünya Bankının “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində ötən ilin fevral-iyun və cari ilin yanvar ayında təhsil, sosial müdafiə və sosial təminat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi sahələri üzrə keçirilən təlimlər yekunlaşıb.