Digər xəbərlər


Gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib
02.02.2026

Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 34-cü ildönümü - gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi və Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncamları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Təqaüddə olan gömrükçülər adından çıxış edən Nüsrət Qurbanov gömrükçü peşəsinin əhəmiyyətindən bəhs edib, gömrük əməkdaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən gömrük xidmətinə göstərilən diqqət və qayğıya görə çoxsaylı gömrük əməkdaşları adından minnətdarlığını bildirib, peşə bayramı günü münasibətilə bütün şəxsi heyəti təbrik edib. Qeyd edilib ki, dövlət başçısının strateji baxışı nəticəsində gömrük sisteminin inkişafı üçün konkret hədəflər müəyyən olunub və bu hədəflərə nail olmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, gömrük əməkdaşları qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bundan sonra da bütün qüvvə və bacarıqları ilə çalışacaqlar.

Dövlət Gömrük Komitəsinin 2025-ci ildəki fəaliyyətində baş verən mühüm hadisələr və yeniliklərlə bağlı videoçarx nümayiş etdirilib.

Xidmətdə fərqlənən gömrük əməkdaşları ilə bağlı təltif əmrləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə gömrük xidməti əməkdaşlarına göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirilib və müraciət ünvanlanıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment