Digər xəbərlər


Maraqların ifadəsi üçün dəvət
02.02.2026

Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS)

Layihənin adı: “Yaşanılabilən Bakı” (hazırlıq mərhələsi)

Qrant nömrəsi: TF-C8884

Tapşırığın adı: Abşeron tullantı hövzəsi üzrə Birləşdirilmiş Bərk Məişət Tullantılarının İdarə Edilməsi altlayihələri üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək üzrə məsləhət xidmətləri

Satınalma planının istinad nömrəsi: AZ-MOEC-CS-CQS-04

Ölkə: Azərbaycan

1. Azərbaycan Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.

2. Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron tullantı hövzəsi üzrə Birləşdirilmiş Bərk Məişət Tullantılarının İdarə Edilməsi altlayihələri üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək xidmətlərini əhatə edir.

Məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Abşeron tullantı hövzəsində yerləşəcək birləşdirilmiş bərk məişət tullantılarının idarə edilməsi infrastrukturunun (beş əsas komponentdən — bərk məişət tullantılarının poliqonu/poliqonları və tullantıların ötürücü məntəqələrindən ibarət) tikintisi və istismarı üçün Ətraf mühit və Sosial risklərin idarə edilməsi (ƏMSRİE) sənəd paketinin hazırlanması, ictimaiyyətə açıqlanması və maraqlı tərəflərlə məsləhətləşmələrin keçirilməsi işlərində dəstək göstərəcək.

Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına 2026-cı ilin aprel ayında başlanılması nəzərdə tutulur.

Tapşırığın ehtimal olunan ümumi dəyəri 100,000 ABŞ dollarıdır.

Təhvil veriləcək işlərin siyahısı və gözlənilən müvafiq icra müddətləri aşağıdakı keçiddə yerləşdirilən Texniki Tapşırıqda (TT) göstərilmişdir: 

https://www.dropbox.com/scl/fi/rrdla6krbsylu4w1g5bb5/ToR_ESRM_Waste_management_FINAL_28.01.2026.docx?rlkey=um0m0vjlysg9ewrdzxif10rj5&st=0oxj6spc&dl=0

3. İcraçı qurum hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (məsləhətçilər) qeyd olunan xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.

4. Xidmətləri icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

(i) Ümumi təcrübə: a)Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi və Dünya Bankı kimi beynəlxalq maliyyə institutları (BMİ) tərəfindən maliyyələşdirilən layihələrdə təcrübə.

(ii) Xüsusi təcrübə:

- Bərk məişət tullantıları üçün poliqonlar və ötürücü məntəqələrinin araşdırılması və qiymətləndirilməsinin bütün formalarında, o cümlədən ətraf mühitə və sosial təsirin qiymətləndirilməsi işlərində təcrübə; bu araşdırma və qiymətləndirmələr üçün Avropa İttifaqının ətraf mühit standart və tənzimləmələri ilə müəyyən edilmiş meyarlara, eləcə də Dünya Bankının siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmə bacarığı;

- Poliqon və ötürmə məntəqələrinin layihələndirilməsi və icrası proseslərində təcrübə;

- Yeni poliqonlar və ötürmə məntəqələrinin ətraf mühitə təsirin azaldılması ilə bağlı tədbirləri nəzərə almaqla tikinti və istismar xərclərinin dəqiq hesablanması sahəsində təcrübə.

(iii) Oxşar regionlarda təcrübə və heyət səfərbərliyi bacarığı:

Azərbaycan və ya Cənubi Qafqaz regionunda və ya oxşar iqlim şəraitinə malik bölgələrdə təcrübənin olması, həmçinin yerli ətraf mühit və sosial tənzimləyici çərçivələrə dair anlayışın mövcudluğu üstünlük hesab olunur. Texniki tapşırıqda müəyyən edilmiş vəzifələrin icrası üçün tələb olunan ixtisaslı mütəxəssislərin səfərbər edilməsi bacarığı.

Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər fərdi olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.

5. Yuxarıda qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün məsləhətçilər ən azı aşağıdakı sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company), eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.

(i) Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.

(ii) Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.

(iii) Bu maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı (formaya keçid linki: https://www.dropbox.com/scl/fi/hulzprh5xzvtzsl0goehf/Form-1-Similar-Contracts.docx?rlkey=qvhme2yl126m609f5wilwi5w0&st=wvya8boj&dl=0)  tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.

(iv) Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı, onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.

6. Məsləhətçilər ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər. 

Qeyd: Yuxarıda 4-cü bənddə qeyd edilən xüsusi təcrübə tələbinə uyğunluğun qiymətləndirilməsi zamanı sub-məsləhətçilərin təcrübəsi nəzərə alınmayacaq.

7. Xidmətlərin göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.

8. Maraq ifadələri 13 fevral 2026-cı il tarixinədək yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına təqdim olunmalıdır:

e-mail: nhuseynov@economy.gov.az 

Əlavə məlumatı həmin elektron poçt ünvanına yazmaqla əldə etmək olar.

Əlaqələndirici şəxs: Nicat Hüseynov – layihə koordinatoru/direktor müavini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu

Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan

Tel: +994 12 310 28 00 (daxili: 2227)

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment