Mərkəzi Bank tərəfindən ödəniş təşkilatları və elektron pul təşkilatlarının (təşkilat) nümayəndələri ilə onlayn formatda görüş keçirilib.
70-ə yaxın nümayəndənin iştirak etdiyi görüş “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”na edilən son dəyişikliklərə həsr olunub. Belə ki, iştirakçılara dəyişikliklərdən irəli gələn yeni tələblər barədə ətraflı məlumat verilib, ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin uçotu, məcmu kapitalın hesablanması, xarici valyuta əməliyyatları, habelə təşkilatların əsas maliyyə göstəriciləri və verilən kreditlər üzrə hesabatlıq formaları müzakirə edilib.
Görüşün yekununda iştirakçıların sualları cavablandırılıb.