"FNC BOKT" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
29.01.2026
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FNC BOKT" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001024242
İstiqrazın növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / forması
Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı
950 (ədəd)
İlkin ticarət qiyməti
5,000 manat
İstiqrazların buraxılış həcmi
4,750,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir