"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
29.01.2026
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Sözügedən istiqrazlara 5 dekabr 2025-ci il tarixində ticarətə icazə verilmiş, lakin emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ticarət həyata keçirilmədiyindən həmin icazənin qüvvədə olma müddəti başa çatmışdır. Emitentin müraciəti əsasında, Bakı Fond Birjasının Listinq Komitəsinin müvafiq qərarı ilə istiqrazların ticarətinə yenidən icazə verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2011019208
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı
40,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
4,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir