Dünya xəbərləri


İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb
29.01.2026

26-28 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində Madrid Qidalar Qovşağı Beynəlxalq Konqresində (“Madrid Fusion 2026”) Azərbaycanın qastroturizm imkanları tanıdılıb.

Tədbirdə ölkəmizin qastroturizm imkanlarının tanıdılması məqsədilə milli qastronomiya stendində milli mətbəx nümunələri, o cümlədən Slou Fud “Dad gəmisi” siyahısına müvafiq biomüxtəliflik nümunələri, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.

Milli mətbəx nümunələrinin təqdim olunduğu 2 ustad dərsi təşkil olunub, Azərbaycanın qastroturizm imkanlarını təşviq edən videoçarxlar nümayiş olunub və milli mətbəx nümunələrinin dequstasiyası keçirilib.

Azərbaycan stendini Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov ziyarət edərək nümatiş etdirilən məhsullarla tanış olub.

Həmçinin milli qastronomiya stendini “elBulli” fondunun direktoru, 3 ulduz “Michelin” ulduzlu usta aşpaz Ferran Adrian ziyarət edib.

Konqres çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə beynəlxalq qastronomik təsnifat olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim arasında görüş keçirilib. Görüşdə beynəlxalq restoran təsnifat qurumu kimi “La Liste” ilə əməkdaşlıq, Azərbaycanın qastronomiya məhsullarının beynəlxalq miqyasda tanınması məsələləri müzakirə edilib.

Bundan əlavə, “Madrid Fusion”un qurucusu, İspaniyada fəaliyyət göstərən “Gastroactitud” rəqəmsal qastronomiya jurnalının təsisçisi Jose Carlos Capel ilə gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın qastronomiya və kulinariya irsinin “Gastroactitud” və digər beynəlxalq platformalarda təqdimatının təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qastronomiya üzrə eskpertlər, İspaniya Aşpazlar və Şirniyyatçılar Federasiyası (FACYRE) və  İspaniya Qonaqpərvərlik Biznesləri Konfederasiyasının (HOSTELERÍA DE ESPAÑA) nümayəndələri ilə görüşlərdə bir sıra məsələlər, o cümlədən müvafiq təşkilatlarla əməkdaşlıq, Azərbaycana məxsus məhsullar, Abşeron zəfəranının unikallığı, zəfəran yığımı marşrutlarının yaradılması təklifləri və digər mövzular müzakirə edilib.

Beynəlxalq qastronomiya üzrə nüfuzlu tədbirlərdən biri kimi “Madrid Fusion” hər il keçirilərək dünyanın müxtəlif ölkələrindən qida brendləri, turizm şirkətləri, dövlət qurumları, “Michelin” ulduzlu aşpazlar, restoran sahibləri, tədqiqatçılar və media nümayəndələrini bir araya gətirən strateji əməkdaşlıq və tanıtım platforması kimi çıxış edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment