Banklar


“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirdi
28.01.2026

Ölkənin  aparıcı  korporativ  maliyyə  institutu  “PAŞA  Bank”  səhmlərinin  İlkin  Kütləvi  Təklif (beynəlxalq terminologiyada:  IPO – Inital Public Offering) üsulu  ilə  yerləşdirilməsinə  hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirimişdir.

 28 yanvar 2026-cı il tarixində “Four Seasons” otelində keçirilən tədbirdə Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev qeyd edib ki, təşəbbüs maliyyə dayanıqlığının daha da gücləndirilməsi,  şəffaflığın  artırılması  və  kapital  bazarının  inkişafına  töhfə  vermək  məqsədi daşıyır. Cavid Quliyev bildirib ki, səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsidir: “IPO prosesinə qoşulan ilk özəl Bank məhz “PAŞA Bank”dır. “Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilən səhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutu kimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir.” O, qeyd  edib  ki,  “PAŞA  Bank”  hər zaman  real  sektorun etibarlı maliyyə  tərəfdaşı olub və bu missiyanı uğurla davam etdirir. “Illər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhm bazarına çıxışımıza təkan oldu. Bu addım  ölkə  iqtisadiyyatına,  xüsusilə  də  qeyri-neft  sektorunun  inkişafına  daha  güclü  töhfə verməmiz üçün yeni fürsətlər yaradır,” – deyə, Bankın baş icraçı direktoru vurğulayıb.

Qeyd edək ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin  maliyyələşdirilməsi,  aktivlərin  idarə  edilməsi  və  klassik  bank  xidmətləri  təqdim  edir. Fəaliyyətinin  əsas  məqsədi  qeyri-neft  sektorunun  inkişafına  dəstək  vermək,  real  sektor bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. “PAŞA Bank” Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də xidmət göstərir. Bank  2024–2025-ci  illərdə  yerli  sahibkarlığın  inkişafına  verdiyi  töhfələrə  görə  “Euromoney”, “International Investor” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlarla, o cümlədən “Ən yaxşı KOS bankı” və “World’s Best Private Banks 2025” kimi titullarla  təltif  olunub.  2025-ci  ildə  “Stevie  Awards”  tərəfindən  “İlin  şirkəti”  nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub. 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment