2025-ci ildə Azərbaycan bankları dövlət büdcəsinə ümumilikdə 316.78 mln. manat mənfəət vergisi ödəyib. Bu, 2024-cü illə müqayisədə 120.2 mln. manat və ya 61% artım deməkdir.
Ən çox vergi ödəyən bank Kapital Bank olub – 86.18 mln. manat. ABB 82.22 mln. manat ilə ikinci, PAŞA Bank isə 52.79 mln. manat ilə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi Bank Respublika (16.15 mln. manat) və Xalq Bank (13.78 mln. manat) tamamlayır.
Qeyd edək ki, banklar üçün mənfəət vergisinin dərəcəsi Azərbaycanda 20% təşkil edir.