Dünya xəbərləri


ARDNF-nin İcraçı direktoru Davosda institusional investorlara həsr olunmuş yüksəksəviyyəli dəyirmi masada çıxış edib
26.01.2026

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində institusional investorlara həsr olunmuş yüksəksəviyyəli dəyirmi masada çıxış edib.

Müzakirələrdə suveren sərvət fondlarının, pensiya fondlarının, beynəlxalq maliyyə institutlarının və aparıcı özəl investisiya şirkətlərinin rəhbərləri iştirak edərək, qlobal iqtisadiyyatın yeni mərhələyə keçidi fonunda formalaşan investisiya mühiti, artan makroiqtisadi və geosiyasi qeyri-müəyyənliklər, eləcə də struktur dəyişikliklərin maliyyə bazarlarına təsiri ətrafında fikir mübadiləsi aparıblar. Sessiya zamanı inflyasiya və faiz dərəcələri mühiti, borc dayanıqlılığı, qlobal maliyyə axınları və iqtisadi artımın regionlar və sektorlar üzrə fərqlənməsi kimi məsələlər müzakirə olunub.

Çıxışı zamanı İsrafil Məmmədov mövcud iqtisadi və maliyyə mühitinin institusional investorlar üçün yeni yanaşmalar və çevik qərarvermə tələb etdiyini qeyd edərək, investorların tək bir bazar ssenarisinə deyil, bir neçə mümkün inkişaf ssenarisinə hazırlaşmalı olduqlarını bildirib. O, uzunmüddətli dəyərin qorunmasında dayanıqlılığın əsas strategiya olduğunu vurğulayıb, portfel quruluşunda gəlir mənbələri və risk amilləri üzrə məqsədyönlü şaxələndirilmənin əhəmiyyətini qeyd edib. Eyni zamanda, ARDNF-nin mandatına uyğun olaraq cari fiskal sabitliyin təmin edilməsi ilə yanaşı, gələcək nəsillər üçün uzunmüddətli maliyyə aktivlərinin formalaşdırılmasına əsaslanan intizamlı investisiya yanaşmasını diqqətə çatdırıb.

Müzakirələr zamanı institusional investorlar arasında əməkdaşlığın yeni modellərinə də toxunulub. İcraçı direktor fərqli investisiya mandatlarının məhdudiyyət deyil, daha çevik və effektiv əməkdaşlıq platformalarının formalaşması üçün imkan yaratdığını qeyd edərək, bu kontekstdə suveren sərvət fondları, pensiya fondları və inkişaf maliyyə institutları arasında risklərin bölüşdürülməsi və uzunmüddətli kapitalın real iqtisadi ehtiyaclara yönəldilməsinin vacibliyini vurğulayıb.

ARDNF-nin bu cür beynəlxalq platformalarda iştirakı qlobal investisiya qurumları ilə dialoqun genişləndirilməsi, dəyişən bazar reallıqlarına uyğun yanaşmaların müzakirəsi və qabaqcıl beynəlxalq təcrübənin Fondun strateji qərarlarında nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment