Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkar istənilən KOB evinin xidmətindən yararlana bilərmi?
Sahibkarların yaşadıqları ərazidən asılı olmayaraq onlar istənilən KOB evində göstərilən xidmətlərdən faydalana bilərlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin dövlət qurumlarının regional strukturuna görə bəzi xidmətlər konkret olaraq müvafiq region üzrə göstərilə bilir. Bu hallar istisna olmaqla sahibkarlar yaşadıqları ərazidən asılı olmayaraq dövlət və özəl təşkilatların sahibkarlara göstərdiyi xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.
https://smb.gov.az/az/all-news/fealiyyet-gosterdiyi-eraziden-asili-olmayaraq-sahibkar-istenilen-kob-evinin-xidmetinden-yararlana-bilermi