Neft və qaz


“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
21.01.2026

“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.

19 yanvar 2025-ci il tarixində Dünya İqtisadi Forumu çərçivəsində mükafat SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.

Bu nailiyyətin zavodda istehsalatın rəqəmsallaşdırılması və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğulayan SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir. Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: ““Rəqəmsal Mayak” mükafatını alaraq “Qlobal Mayak” Şəbəkəsinə üzv qəbul olunması şirkətimizin transformasiya strategiyasının təzahürüdür. Bu, eyni zamanda rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə səmərəliliyin daha da artırılmasını və ətraf mühitə təsirin azaldılmasını nümayiş etdirir. Biz SOCAR üzrə bu imkanların miqyasını genişləndirərək təhlükəsiz, səmərəli və dayanıqlı əməliyyatlar sahəsində yeni etalonlar müəyyənləşdirməyə davam edəcəyik”.

Son üç il ərzində həyata keçirilən sistemli transformasiya və innovasiya yönümlü fəaliyyət nəticəsində Karbamid zavodu dünyanın ən iri və nüfuzlu şirkətləri sırasında fərqlənərək 2025-ci ildə ilkin olaraq finalçılar sırasında yer alıb, növbəti mərhələdə Dünya İqtisadi Forumunun təmin etdiyi ekspertlər tərəfindən yerində qiymətləndirmə aparılıb və nəticə olaraq “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib və “Rəqəmsal mayak” mükafatına layiq görülüb.

Qeyd edək ki, bundan öncə “Petkim” neft-kimya kompleksi və “Star” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı təqdim olunub. Eyni zamanda, “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu nailiyyəti qazanan ilk zavoddur. Bununla yanaşı, müəssisə dünyada bu mükafatı əldə etmiş ilk gübrə zavodudur.

Ümumilikdə, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda, “SOCAR Karbamid”in fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Mövcud avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsi, süni intellekt modellərindən istifadə, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsi genişləndirilib.

Nəticə olaraq, səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı inkişaf edən “ağıllı” zavod formalaşıb. Zavodda ümumilikdə 4-cü Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Görülən işlər “qapalı dövriyyəli avtonom proses” idarəetməsini, generativ süni intellekt və robototexnika vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini isə 24% yüksəldib.  Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış dayanma müddətində 82% azalma əldə edilib. Həmçinin əməkdaşların 70%-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə işləri həyata keçirilib.

Xatırladaq ki, 2018-ci ildə təsis olunan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. Süni intellektdən və digər 4-cü Sənaye İnqilabı texnologiyalarından düzgün istifadə edən, istehsalat sahələrində və dəyər zəncirlərində yüksək nəticələr əldə edən, innovativ yanaşmalar sayəsində əməliyyat effektivliyini artıran, ətraf mühitə təsiri azaldan və bazar dəyişikliklərinə daha çevik reaksiya vermək imkanı qazanan şirkətlər bu şəbəkəyə qoşulmaq imkanı əldə edir. “Global Lighthouse Network” platforması üzv müəssisələrə təcrübə mübadiləsi aparmaq, görüşlər keçirmək, yeni əməkdaşlıqlar qurmaq üçün əlavə imkanlar yaradır.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment