Banklar


RABİTƏBANK 2025-ci ilin IV rübü üzrə maliyyə nəticələrini açiqlayib
15.01.2026

2025-ci ilin IV rübü üzrə maliyyə nəticələrini açıqlayan Rabitəbank ilin yekunlarını müsbət göstəricilərlə başa vurub. Hesabat dövrünün nəticələrinə əsasən, bank 2025-ci ili 11 milyon 331 min manat xalis mənfəətlə tamamlayıb. Bu göstərici bankın əməliyyat fəaliyyətinin səmərəliliyinin və maliyyə dayanıqlığının qorunub saxlanıldığını göstərir.

Bankın aktivləri də əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, ümumi aktivlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.5% artaraq 1 milyard 402 milyon 300 min  manata çatıb. Aktivlərin artımı əsasən kredit portfelinin genişlənməsi və bankın maliyyə resurslarının effektiv idarə olunmasının müsbət nəticəsidir.


KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA

Hesabat dövründə Rabitəbankın kredit portfeli artım tempini qoruyub saxlayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb. Nəticədə bankın ümumi kredit portfelinin həcmi 941 milyon 289 min manata yüksəlib. Kredit portfelində müşahidə olunan artım bankın real sektora və əhaliyə yönəlmiş maliyyələşdirmə fəaliyyətinin genişlənməsini əks etdirir.

Kredit portfelinin strukturunda əsas pay biznes kreditlərinin üzərinə düşür. Belə ki, biznes kreditləri portfeli hesabat dövründə 4.8% artaraq 418 milyon 264 min manata çatıb. Bununla yanaşı, pərakəndə kreditləşmə üzrə də müsbət dinamika qeydə alınıb. İstehlak kreditləri portfeli 15.2% artaraq 337 milyon 899 min manat təşkil edib, ipoteka kreditləri isə 19% artım nümayiş etdirərək 185 milyon 127 min manata yüksəlib. 

Ümumilikdə kredit portfelindəki artıma daha çox biznes və istehlak kreditləri təsir göstərsə də, ümumi göstəricinin əsas hissəsi biznes kreditlərinin payına düşüb. 


BANKDA FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB

Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2025-ci il ərzində Rabitəbankda əmanətlər 29.7% artaraq 878 milyon 300 min manat olub. 

Fiziki şəxslər üzrə əmanətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 36.7% artaraq 631 milyon 547 min manata, hüquqi şəxslər üzrə əmanətlər isə 14.6% artaraq 246 milyon 754 min manata çatıb.

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 20.4% artaraq 137 milyon 586 min manata çatıb. 

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment