Digər xəbərlər


Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
15.01.2026

​14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.​

​Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib. Bildirilib ki, 2025-ci ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

​“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.

Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllülük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir. 

Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.

Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ​“Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib. 

Baş nazir Məhəmməd Şahbaz Şərif  “ASAN xidmət” modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O, “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb.

Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb.  Artıq 6 ölkədə - İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.

Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan “ASAN xidmət” modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov və ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak ediblər.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment