10.01.2026-cı il tarixində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (#ARPA) təşkilatçılığı ilə yeni ilin ilk və xüsusi əhəmiyyət daşıyan seminarı keçirilib
ARPA İB-nin yeni ilin ilk seminarı uğurla keçirilib.
10.01.2026-cı il tarixində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (#ARPA) təşkilatçılığı ilə yeni ilin ilk və xüsusi əhəmiyyət daşıyan seminarı keçirilib.


“Vergidə yeni mərhələ: 2026-cı il dəyişiklikləri və biznesə təsiri” mövzusuna həsr olunan tədbir böyük maraqla qarşılanıb və 150-dən çox mütəxəssisin iştirakı ilə yüksək səviyyədə təşkil olunub.
Seminar çərçivəsində 2026-cı il üçün nəzərdə tutulan vergi islahatları, bu dəyişikliklərin biznes mühitinə, sahibkarlıq fəaliyyətinə və maliyyə qərarlarına mümkün təsirləri ətraflı şəkildə müzakirə olunub. Canlı dialoqlar, praktik yanaşmalar və aktual suallar tədbirə xüsusi dinamika qatıb.
Tədbirdə spiker qismində dəyərli mütəxəssislər — Dövlət Vergi Xidmətindən Eldar Mədətov və Toğrul Sadıxov və Anar Bayramov, eləcə də sahənin inkişafına töhfə verən xüsusi fəxri qonaqlarımız iştirak edib, öz bilik və təcrübələrini bölüşüblər. Qonaqların iştirakı seminarın məzmununa əlavə dəyər və nüfuz qazandırıb.
Bu uğurlu tədbirin ərsəyə gəlməsində ev sahibliyi edərək təşkilati dəstək göstərən Azərbaycan Dövlət İqtisad Universitetinə (#UNEC) xüsusi təşəkkürümüzü bildiririk.
Eyni zamanda, dəyərli spikerlərimizə, xüsusi qonaqlarımıza və aktiv iştirakı, maraqlı müzakirələri ilə seminarı canlandıran bütün iştirakçılarımıza dərin təşəkkürümüzü bildiririk
Yeni ildə də #ARPA olaraq bilik paylaşımı və peşəkar inkişaf üçün daha çox dəyərli tədbirlərlə bir arada olacağıq!
Əlaqə vasitələri: 055 202 93 43
Email: office@arpa.org.az