Digər xəbərlər


Ölkəmizdə IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək!
13.01.2026

“Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək. Dördüncü dəfə baş tutan zirvə son 3 il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlar üçün etibarlı bilik və müzakirə platformasına çevrilib.

Zirvənin əsas müzakirə mövzularını formalaşdırır. “Bahalı səhvlər” konsepti ilə keçirilən tədbir, maliyyə, əmək münasibətləri və vergi sahəsində risklərin səbəblərini, nəticələrini və qarşısının alınması yollarını ekspert baxışları və real praktika əsasında gündəmə gətirir. Tədbirin əsas məqsədi maliyyə, əmək və vergi sahələrində uçot proseslərinə gələcək yönümlü yanaşmaları müzakirə etmək, praktik həll yollarını ön plana çıxarmaqdır. Sürətlə dəyişən qanunvericilik, artan maliyyə və vergi riskləri, eləcə də bir baxışda kiçik görünən, lakin ciddi maliyyə nəticələrinə səbəb olan səhvlər tədbirin əsas müzakirə mövzularını formalaşdırır. Həmçinin, biznes mühitində qarşıya çıxan risklərin daha düzgün dəyərləndirilməsi və idarə olunması mövzusuna fokuslanır. 

Tədbir çərçivəsində üç əsas panel üzrə müzakirələr aparılacaq.

Birinci panel “Maliyyə riskləri və uçot” mövzusuna həsr olunacaq və maliyyə qərarlarında risklərin rolu, uçotun düzgün qurulması məsələləri müzakirə ediləcək.

İkinci paneldə “Əmək münasibətlərində uçot riskləri” mövzusu ətrafında əmək münasibətlərində yaranan uçot problemləri və uyğunluq riskləri diqqət mərkəzində olacaq. Üçüncü panel isə “Vergi riskləri” mövzusunu əhatə edərək vergi sahəsində qarşıya çıxan risklər və onların qabaqlanması yollarına fokuslanacaq.

Qeyd edək ki, ölkəmizdə dördüncü dəfə təşkil olunan bu zirvə vergi və mühasibatlıq sahəsində peşəkarların bir araya gəlməsi üçün əvəzsiz platforma rolunu oynayır. Tədbir iştirakçılara yalnız bilik və təcrübə qazandırmır, həm də sahədə risklərin vaxtında və düzgün idarə olunmasının vacibliyini nümayiş etdirir. Zirvə çərçivəsində təqdim olunan real nümunələr və ölkəmizdə mühasibatlıq və vergi sahəsinin inkişafına, bilik mübadiləsi və peşəkar əlaqələrin möhkəmlənməsinə töhfə verir. Nəticədə, zirvə davamlı inkişaf və uğurun təmin olunmasına xidmət edən vacib tədbir kimi diqqət çəkir.


Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

https://www.instagram.com/vmzbaku/

https://www.facebook.com/vmzbaku/

https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment