Digər xəbərlər


Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik ASK-dan “Atameken”a keçdi
12.01.2026

Türk Ticarət Və Sənaye Palataları Birliyinə Sədrlik ASK-dan “Atameken”a Keçdi

2026-cı il yanvarın 8-də Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) Üçüncü Baş Assambleyası Astanada keçirilib. Bu tədbir türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş mühüm platforma rolunu oynayır. Assambleyada, Birliyə sədrlik dönəmini başa vuran Azərbaycan Sahibkarlar Konfederasiyası hesabat çıxışı edib və 2026-cı ildən bu missiya Qazaxıstanın “Atameken” Milli Sahibkarlar Palatasına həvalə olunub.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Qazaxıstan Respublikasının “Atameken” Milli Sahibkarlar Palatası Rəyasət Heyətinin sədri Raimbek Batalov, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, həmçinin türk əməkdaşlıq təşkilatlarının və biznes icmalarının nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Kərimsakov da olub.

V.Zeynalov bildirib ki, 2025-ci il ərzində Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrliyi Azərbaycan Respublikasını təmsilən Azərbaycan Sahibkarlar Konfederasiyası icra edib.

Bu dövrdə Türk Palatası çərçivəsində bir sıra strateji əhəmiyyətli tədbirlər həyata keçirilib. Bunlardan Bakıda keçirilən Türk İnvestisiya Fondunun fəaliyyəti haqqında biznes liderləri ilə keçirilən məlumatlandırıcı görüş xüsusi əhəmiyyət daşıyırdı. Bu format türk dünyasında investisiya alətlərinin daha səmərəli istifadəsinə, ortaq maliyyə mexanizmlərinin təşviqinə real töhfə verib.

Eyni zamanda, Antalya Diplomatika Forumu çərçivəsində biznes və diplomatiya arasında körpü rolunu oynayan müzakirələr aparılıb. Birliyin növbədənkənar İdarə Heyəti iclası və Türk Palatası  biznes liderlərinin iştirakı ilə keçirilən Dəyirmi Masa müzakirələri isə təşkilatın institusional çevikliyini və üzvlərin qərarvermə prosesində aktiv rolunu gücləndirib.

Türk Ticarət və Sənaye Palataları Birliyi 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası və Türk Dövlətlər Təşkilatı Sammiti çərçivəsində fəal iştirak edib. Bu isə özəl sektorun regional inteqrasiya proseslərində rolunun artdığını göstərən mühüm mesaj idi.

Macarıstanda, Kuzey Kıbrıs Türk Cümhuriyyətində türk dövlətlərinin iştirakı ilə faydalı biznes forumlar baş tutub.

“Biz fəxrlə deyə bilərik ki, 2025-ci ildən Macarıstan və Türkmənistan da Ticarət və Sənaye Palataları Birliyinin tam hüquqlu üzvü oldu”, – deyə V.Zeynalov qeyd edib.

Onun sözlərinə görə, Logistika və nəqliyyat sahəsində isə Multimodal Nəqliyyat üzrə 2-ci Beynəlxalq Forum türk dövlətlərini birləşdirən nəqliyyat dəhlizlərinin daha səmərəli istifadəsi, Orta Dəhlizin iqtisadi potensialının artırılması istiqamətində ciddi müzakirələrə zəmin yaradıb.

Eyni zamanda, “Sərhədsiz Əməkdaşlıq” – Mərkəzi Asiya Dövlətlərinin Regionlararası Əməkdaşlıq üzrə 1-ci Forumu regionlararası iqtisadi əlaqələrin genişləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı olub.

“Xüsusi vurğulamaq istəyirəm ki, Turk Qadın Sahibkarlığın Gücü müsabiqəsi türk dünyasında qadın sahibkarlığının təşviqi, inklüziv iqtisadi inkişaf və sosial dayanıqlıq baxımından çox mühüm təşəbbüs idi. Bu təşəbbüsə və yüksək səviyyədə təşkil olunan tədbirə görə Türk Odalar və Borsalar Birliyinə xüsusi təşəkkür edirəm” – deyə çıxışda vurğulanıb.

Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş katibi Adəm Kula gündəlikdəki məsələlər ətrafında müzakirələr açıb. Qeyd edək ki, Assambleyada əldə olunan nəticələrə əsasən, Türk Ticarət və Sənaye Palataları Birliyinin 2026-cı il üzrə fəaliyyət planı təsdiqlənib. Birliyin “Logistika” və “Gənc sahibkarlar” Komitələrinin tərkibi ilə bağlı dinləmələr keçirilib.

Qeyd etmək lazımdır ki, Türk Ticarət və Sənaye Palataları Birliyi 2019-cu ildə yaradılıb. Onun əsas məqsədi Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətləri arasında ticarət, iqtisadi, sənaye, investisiya, texnoloji və digər əməkdaşlıq formalarının təşviq edilməsidir. Hazırda Birliyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan daxildir, Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlət kimi iştirak edir.

Müəyyən olunmuş prosedurlara uyğun olaraq, Birliyin sədrliyi Baş Assambleyanın qərarı ilə hər il rotasiya əsasında təsdiq edilir. 2026-cı ildə sədrliyin Qazaxıstan Respublikasına həvalə olunmasına qərar verilib. Bu dövrdə Qazaxıstan Respublikasının “Atameken” Milli Sahibkarlar Palatası Rəyasət Heyətinin sədri Raimbek Batalov bir illik müddətə Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) prezidenti təyin olunub. O, çıxışında qeyd edib ki, türk iqtisadi məkanı hazırda 180 milyondan çox əhalini əhatə edir və əhəmiyyətli sənaye və resurs potensialına malikdir. Eyni zamanda, o vurğuladı ki, qarşılıqlı ticarət hələ də ümumi ticarət dövriyyəsinin 10 faizindən azını təşkil edir ki, bu da gələcək inkişaf üçün böyük imkan deməkdir.

Assambleya iştirakçıları həmçinin qarşıdakı dövr üçün əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Prioritetlər arasında sənaye əməkdaşlığının və birgə layihələrin inkişafı, Türk İnvestisiya Fondunun alətlərindən səmərəli istifadə, ticarət və texniki baryerlərin azaldılması, eləcə də beynəlxalq marşrutların və nəqliyyat dəhlizlərinin inkişafı vasitəsilə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi yer alır.

Tədbirin sonunda vurğulanıb ki, Birlik çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı ticarətin və investisiyaların artmasına töhfə verəcək, bununla da üzv dövlətlərin dayanıqlı iqtisadi inkişafı üçün möhkəm təməl yaradacaq.

Həmin gün, Baş Assambleya iclası ilə yanaşı, iştirakçılar Qazaxıstan Respublikasının Baş nazir müavini – Mədəniyyət və İnformasiya naziri Aida Balayeva ilə də görüşdülər. Görüş zamanı Türk Dövlətləri Təşkilatının regional əməkdaşlıq üçün əsas platforma kimi rolu, türk dünyasının iqtisadi arxitekturasının gücləndirilməsi və biznes icmasının birgə təşəbbüslərin həyata keçirilməsində praktiki iştirakı müzakirə olunub. Əldə olunmuş razılaşmaların konkret iqtisadi layihələrə çevrilməsində qurumlararası koordinasiyanın və layihə əsaslı yanaşmanın əhəmiyyəti vurğulanıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment