Digər xəbərlər


Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib
09.01.2026

Azərbaycan Respublikası Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanılıb. Fərmanın icrası çərçivəsində    “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır. 

Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək.

İclasın gündəliyinə uyğun olaraq Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən Nazirliyin rəqəmsal idarəetmə və elektron informasiya sistemlərinin mövcud vəziyyəti, habelə onların vahid çərçivə əsasında inkişaf etdirilməsi və inteqrasiyası üzrə prioritetlər müzakirə olunub, əsas rəqəmsal sistemlər üzrə canlı təqdimatlar keçirilib.

Təqdimatlar zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi, e-müqavilə, e-mühasibat, Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS), Elektron Ciddi Hesabat Blankları Sistemi, e-büdcə portalı, eləcə də Vahid Data və Hesabatlıq Sistemi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi çərçivəsində maliyyə sistemlərinin “bir çətir altında” mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin edilir. E-müqavilə sistemi vasitəsilə dövlət satınalmaları üzrə müqavilələrin bağlanması, icrası və monitorinqi tam elektron mühitdə həyata keçiriləcək. E-mühasibat informasiya sistemi isə ilkin qalıqların mərkəzləşdirilmiş formada əldə edilməsinə, avtomatik əmlak uçotunun aparılmasına və mühasibat uçotunda vahid yanaşmanın tətbiqinə imkan yaradacaqdır.

Elektron Ciddi Hesabat Blankları Sistemi çərçivəsində 44 adda ciddi hesabat blankının tam elektronlaşdırılması hesabına kağız dövriyyəsi azaldılacaq və nəzarət mexanizmləri gücləndiriləcək. E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinə yetirir. Vahid Data və Hesabatlıq Sistemi isə “Data Lakehouse” yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitinin formalaşdırılmasına, analitika və qərar qəbul etmənin dəstəklənməsinə xidmət edəcək.

İclasda həmçinin cari il ərzində qarşıda duran vəzifələrə dair məlumat verilib, əsas rəqəmsal layihələr və fəaliyyət planı, sistemlərin inkişafı, genişləndirilməsi və inteqrasiyası, eləcə də texniki, institusional və normativ istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Nazir Sahil Babayev qarşıya qoyulan vəzifələrin icrasında əlaqələndirilmiş fəaliyyətin və ardıcıl islahatların vacibliyini qeyd edərək, rəqəmsal maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsinin Nazirliyin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb, müvafiq tapşırıqlar verib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment