Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanunu, eyni zamanda, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərman imzalayıb.
Qanuna əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703,6 milyon manat, kəsiri isə 3 milyard 94,6 milyon manat məbləğində proqnozlaşdırılır.
Növbəti il üçün icmal büdcənin gəlirləri isə 44 milyard 969,4 milyon manat, xərcləri 48 milyard 839,3 milyon manat, kəsiri 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında Qanun və “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
https://maliyye.gov.az/news/6435/prezident-ilham-eliyev-2026-ci-il-dovlet-budcesi-haqqinda-qanunu-imzalayib