Banklar


RABİTƏBANK AZƏRBAYCANDA İSLAM BANKÇILIĞI ÜZRƏ MUDARABA VƏ MURABAHA MƏHSULLARININ TƏTBİQİNƏ BAŞLAYIR
29.12.2025

Rabitəbank müştərilərin alternativ maliyyə ehtiyaclarının qarşılanması, maliyyə inklüzivliyinin genişləndirilməsi və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində mühüm addım atır. Bank 1 Fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba (islami qayda ilə cəlbetmə) və Murabaha (islami qayda ilə yerləşdirmə) məhsullarını xüsusi tənzimləmə rejimi çərçivəsində təqdim edəcək.

Mudaraba məhsulu üzrə cəlb ediləcək vəsaitlərin minimum məbləği 500 AZN və ya onun ekvivalenti, maksimum məbləği isə 500.000 AZN və ya onun ekvivalenti təşkil edir. Depozitin müddəti 12 aya qədər müəyyən edilir. Bu məhsuldan həm sahibkarlar və həm də fiziki şəxslər yararlana bilər. Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunacaq və əldə edilən gəlirdən sərmayəçilərin payı təmin ediləcək.

Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim edilir. Bu məhsul üzrə kredit məbləği minimum 30.000 AZN, maksimum isə 500.000 AZN və ya onun ekvivalenti səviyyəsində müəyyən edilib. Kredit müddəti maksimum 12 ay təşkil edir. Murabaha çərçivəsində şəriət qaydaları ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür və bu məhsuldan yalnız sahibkarlar yararlana biləcəklər.

Hər iki məhsuldan həm dini inanclı sahibkarlar, həm də İslam bankçılığına maraq göstərən digər müştərilər yararlana bilərlər. Məhsullar üzərində nəzarət həm Azərbaycan Respublikasının Mərkəzi Bankı, həm də Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən İslam Şurası tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, Rabitəbank müştərilər üçün mütəmadi olaraq müvafiq hesabatların açıqlanmasını təmin edəcək.

Mudaraba və Murabaha təşəbbüsləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçiriləcək. Bu rejim innovativ maliyyə xidmətlərinin bazara çıxarılmasına, maliyyə xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının artırılmasına, eləcə də ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir. Sınaq müddətinin sonunda əldə olunan nəticələrin müsbət olması halında, bu maliyyə alətləri daimi əsaslarla tətbiq ediləcək və qeyd olunan addım ölkədə İslam bankçılığının formalaşdırılması istiqamətində mühüm mərhələ olacaq.

Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni imkanlar yaradır. Bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, bu təşəbbüs ölkədə İslam bankçılığının formalaşdırılması və alternativ maliyyə mexanizmlərinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment