Banklar


Mərkəzi Bankın nümayəndəsi Cenevrə Ali İnstitutunda tədqiqat işinin nəticələrinə dair təqdimatla çıxış edib
26.12.2025
26 dekabr 2025-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) və Cenevrə Ali İnstitutunun İkitərəfli Yardım və Mərkəzi Bankların Potensialının Gücləndirilməsi (BCC) birgə proqramı çərçivəsində tədqiqat layihəsi həyata keçirilir. Tədqiqat layihəsi “Təminatsız banklararası bazarda faiz dərəcələrinin ehtiyatların saxlanma dövrü ərzində likvidlik şəraitinə həssaslığı” mövzusuna həsr olunub. Proqram çərçivəsində elmi tədqiqat işinin müəlliflərindən olan Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov, Tədqiqatlar departamentinin əməkdaşları Aygün Qarayeva , Elmir Muxtarov və Əli Hacılı cari ildə 3 ay ərzində xarici ekspertlə birgə çalışıb. Proqramın yekun mərhələsi olaraq Mərkəzi Bankın Tədqiqatlar departamentinin əməkdaşı Elmir Muxtarov tədqiqatın əsas nəticələri barədə Cenevrə Ali İnstitutunda beynəlxalq auditoriya qarşısında təqdimatla çıxış edib. O, tədqiqatın metodologiyası, empirik nəticələri və praktik əhəmiyyətini iştirakçılarla bölüşüb, bu məsələlər ətrafında elmi müzakirələr aparıb. Tədqiqat işinin 2026-cı ilin yanvar ayının sonunadək yekunlaşdırılması və proqramın müvafiq platformasında işçi məqalələr silsiləsində yayımlanması nəzərdə tutulur.

Qeyd edək ki, BCC proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıq 2014-cü ildən başlayıb və uğurla davam etməkdədir. Mərkəzi Bank əməkdaşlarının müxtəlif illərdə həyata keçirdiyi tədqiqat işləri proqramın müvafiq platformasında işçi məqalə kimi yerləşdirilib və beynəlxalq elmi ictimaiyyət üçün əlçatandır (https://bccprogramme.org/research/). Sözügedən proqram tədqiqatçıların beynəlxalq ekspertlərlə birbaşa əməkdaşlığını, tədqiqat potensialının gücləndirilməsini və tədqiqat nəticələrinin beynəlxalq platformalarda paylaşılmasını hədəfləməklə Mərkəzi Bankın beynəlxalq nüfuzu üçün vacib əhəmiyyət daşıyır.

Mərkəzi Bankda tədqiqat potensialının gücləndirilməsinə, tədqiqat işlərinin beynəlxalq səviyyədə tanınmasına xüsusi önəm verilir. Bu istiqamətdə həyata keçirilən layihələrin gələcək illərdə də aktiv şəkildə davam etdirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, BCC proqramı çərçivəsində son illərdə dərc olunmuş bir neçə işçi məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://bccprogramme.org/wp-content/uploads/2025/08/HEIDWP12-2025-Bakhshaliyev-Ahmadov.pdf

https://bccprogramme.org/wp-content/uploads/2022/10/Huseynov_Valirzayev_Ramazanova-HEIDWP23-2022.pdf

     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment