Astara dövlət sərhədindən buraxılış məntəqəsinin neytral ərazisində Azərbaycan Respublikasının gömrük və sərhəd orqanlarının və İran İslam Respublikasının gömrük, sərhəd və yol idarəsinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə mövsümlə əlaqədar olaraq son günlərdə yük dövriyyəsinin artması fonunda sürətli keçidin təmin edilməsi və buraxılış sayının artırılması istiqamətində birgə səylərin daha da gücləndirilməsi məsələləri müzakirə edilib.