Digər xəbərlər


Əczaçılıq sənayesinin inkişafı müzakirə edilib
25.12.2025

İqtisadiyyat Nazirliyində müvafiq dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyində əczaçılıq sənayesinin perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər.  

Tədbirdə vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır. Əczaçılıq sənayesində reallaşdırılan addımlar, həyata keçirilən investisiya layihələri və yerli istehsalın təşkili ölkəmizin dərman təminatının gücləndirilməsinə xidmət edir. 

Əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı rəqabətqabiliyyətli məhsul istehsalı və emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Əczaçılıq sənayesinə son illərdə ciddi investisiya cəlb edilib. Təkcə Pirallahı Sənaye Parkında investisiya portfeli təxminən 130 milyon manatdır. Burada bir sıra şirkətlər, o cümlədən “Diamed Co”, “R-Pharm” müxtəlif növ dərman vasitələri və tibbi ləvazimatların istehsalını həyata keçirir, “Falck”, “Supreme Pharmatech” və digərləri isə istehsal planlaşdırır.  

Sənaye parklarından kənarda da bu sahədə genişmiqyaslı layihələr icra edilir. “Scandens Pharmaceutical Industries LTD” tərəfindən inşa olunmuş, dövlət başçısının iştirakı ilə bu ilin noyabrında açılışı həyata keçirilmiş yeni zavod müasir texnologiyalarla istehsal potensialını artırır. Ələt azad iqtisadi zonasında həyata keçirilən “BioPharmax” layihəsi Azərbaycanda  müxtəlif  tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur. 

Bildirilib ki, əczaçılıq sənayesində mövcud və tikilməkdə olan müəssisələr üzrə ümumi investisiyaların həcmi 265 milyon manatdan çoxdur.

Diqqətə çatdırılıb ki, qarşıda duran əsas vəzifə yerli istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və xaricdən asılılığın azaldılmasıdır.

Tədbirdə əczaçılıq sahəsində aktual məsələlərə dair müzakirələr aparılıb. 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment