Banklar


AccessBank və EBRD Azərbaycanda özəl sektorun inkişafını dəstəkləmək məqsədilə strateji tərəfdaşlıqlarını davam etdirirlər
24.12.2025

AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda özəl sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə uğurlu əməkdaşlığını davam etdirir. Bu əməkdaşlığın nəticəsi olaraq, Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində AzVirt şirkəti ilə yeni uzunmüddətli kredit müqaviləsi imzalanıb. Müqavilə şərtlərinə əsasən, AccessBank AzVirt şirkətinə iri miqyaslı investisiya layihələrinin həyata keçirilməsini dəstəkləmək məqsədilə 5 milyon avro məbləğində kredit təqdim edəcək.


AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib: "Risklərin Bölgüsü Proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə məhsuldar əməkdaşlığımızın davam etməsindən məmnunuq. AYİB-ə Azərbaycanda özəl sahibkarlığı dəstəkləyən yüksək keyfiyyətli və uzunmüddətli tərəfdaşlığa görə təşəkkür edirik. Biz əminik ki, bu əməkdaşlıq və risklərin paylaşılması mexanizmi AzVirt kimi tərəfdaşlarımızın bizneslərini genişləndirmək üçün əlavə imkanlar yaradacaq və yalnız bu şirkətin deyil, ümumilikdə sektorun inkişafına müsbət təsir göstərəcəkdir."

AYİB-nin Azərbaycandakı rəhbəri Natali Mouravidze AzVirt və AccessBank-ı bu vacib müqavilənin tamamlanması münasibəti ilə təbrik edərək bildirib: “AYİB-in Risklərin Paylaşılması Proqramının Azərbaycanda daha da genişləndiyini görməkdən məmnunam. Tərəfdaş bankımızın bu mexanizmi real iqtisadiyyata xidmət etmək məqsədilə uğurla tətbiq etdiyini görürük. Riskləri bölüşərək və özəl sektorun etibarlı müştərilərini dəstəkləyərək biz Azərbaycanda davamlı və uzunmüddətli iqtisadi artımı dəstəkləyirik.”

Risklərin Bölgüsü Proqramı hər iki tərəfin layihələrin maliyyələşdirilməsində bərabər iştirakını, yəni 50/50 risk bölgüsünü nəzərdə tutur. Bu mexanizm Azərbaycanda özəl sektorun inkişafını stimullaşdırmaq üçün mühüm alət hesab olunur, çünki AzVirt kimi şirkətlərə öz fəaliyyətlərini genişləndirmək, innovativ texnologiyaları tətbiq etmək və yeni iş yerləri yaratmaq üçün lazım olan maliyyəyə çıxış imkanı təmin edir.

AccessBank, AYİB və AzVirt arasında bu əməkdaşlıq özəl sektorun dəstəklənməsi və Azərbaycandakı bizneslər üçün maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində strateji yanaşmanın effektiv nümunəsidir. Həmçinin, bu tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarının davamlı inkişafını və stabilliyini təmin edərək uzunmüddətli iqtisadi artım üçün şərait yaradır.

Risklərin Bölgüsü Proqramı maliyyə sabitliyi və biznesin inkişafını təmin etmək üçün vacib bir alətdir. Gələcəkdə AccessBank və AYİB əməkdaşlıqlarını genişləndirməyi və geniş bir sahibkar kütləsi üçün kapitala çıxışı yaxşılaşdıracaq yeni maliyyə həllərini tətbiq etməyi planlaşdırırlar.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment